Müəllimlər üçün

Tələbələriniz, cədvəliniz və ödənişləriniz bir yerdə

Dəftər və Excel əvəzinə: dərs cədvəli, ay sonunda avtomatik hesablar və gecikən ödənişlərə bir kliklə WhatsApp xatırlatması.

  • Pulsuz
  • Kart lazım deyil
  • Telefonda işləyir

Nə edir

Müəllimin köməkçisi və mühasibi

Dərs cədvəlini qurmaq, ay sonunda hesabları çıxarmaq və gecikən ödənişləri xatırlatmaq müəllimin ən çox vaxtını alır. EduAcademy bu işlərin çoxunu öz üzərinə götürür, siz isə dərsə vaxt ayırırsınız.

Dərs cədvəli

Həftəlik dərslər bir dəfə qurulur, təqvim özü davam edir. Fərdi tələbələr və qruplar bir yerdə, vaxtı keçirmək bir kliklə.

Davamiyyət və hesablar

Gəldi, gəlmədi, üzrlü. Ay tamam olanda hər tələbənin hesabı öz qaydası ilə özü çıxır: aylıq məbləğ, dərs başına və ya paket.

Ödənişlər və borclar

Kim nə qədər ödəyib, kim borcludur, kimin ödənişi gecikir: hamısı bir ekranda, dəftər və hesablama olmadan.

Bir kliklə xatırlatma

Borclu valideynə hazır mesaj WhatsApp-da öz nömrənizdən açılır: məbləğ və son tarix artıq yazılıb.

Başlamaq

Necə işləyir?

Üç addım, ilk gündən

1

Tələbələrinizi əlavə edin

Ad, telefon, valideyn və ödəniş qaydası. Tələbələrin qeydiyyatdan keçməsi lazım deyil.

2

Dərsləri təqvimə yazın

Həftəlik plan qurun və ya tək dərs əlavə edin. Dərsdən sonra davamiyyəti qeyd edin.

3

Qalanı platformadadır

Hesablar özü çıxır, ödənişləri qeyd edirsiniz, borclulara bir kliklə xatırladırsınız.

Pul birbaşa sizə gəlir, platforma ona toxunmur
Valideynlərin qeydiyyatı lazım deyil
Telefonda rahat işləyir

Suallar

Tez-tez verilən suallar

Tələbələr və valideynlər qeydiyyatdan keçməlidirmi?

Xeyr. Onları siz əlavə edirsiniz, mesajlar WhatsApp-da sizin nömrənizdən gedir.

Pul necə ödənilir?

Əvvəlki kimi, sizinlə valideyn arasında. Platforma pulunuza toxunmur, siz yalnız alınan ödənişi qeyd edirsiniz.

Telefonda işləyirmi?

Bəli. Təqvim, davamiyyət və xatırlatmalar telefonda rahat işləyir.

Neçəyədir?

Hazırda pulsuzdur. Qiymət dəyişərsə, əvvəlcədən xəbər veriləcək.

Bu ayın hesabını dəftərsiz aparın

Qeydiyyat bir dəqiqədir. Tələbələrinizi əlavə edin və bu gün başlayın.